Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə 31.05.2024-cü il tarixdə 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş şənlik baş tutub

31 may 2024 | 16:19
  May 31-də İmişli Rayon İcra Hakimiyyətinin və “Qayğıya Ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək” İctimai Birliyinin birgə təşkilatçılığı ilə 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş bayram şənliyi keçirilib. Şənlikdə şəhid ailələrinin, müharibə əlillərinin övladları, xüsusi qayğıya ehtiyacı olan uşaqlar və onların valideynləri iştirak ediblər.
  Çıxışlar zamanı bildirilib ki, ölkəmizdə uşaqların sağlam, hərtərəfli, vətənə layiqli övladlar kimi böyümələri üçün hər cür şərait yaradılıb. Qeyd olunub ki, azyaşlıların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı həyata keçirilən siyasətin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Həmin siyasət prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, bu sahədə müxtəlif layihələr həyata keçirilir. Tədbir Uşaq Musiqi Məktəbinin gənc istedadlarının ifalarında musiqi və rəqs nömrələri ilə davam etdirilib. Sonda maraqlı vaxt keçirən uşaqlara hədiyyələr təqdim edilib.
 
 
 
 
 
 
 
 
 
Keçidlər