İmişlidə 31 mart - Soyqırım qurbanlarının əziz xatirələri anılıb
31 mart 2024 | 11:19
Martın 31-də İmişli Rayon İcra Hakimiyyətinin, YAP İmişli rayon təşkilatının əməkdaşları, rayonun hüquq-mühafizə, idarə, müəssisə və təşkilatlarının kollektivləri, rayon ictimaiyyəti və sakinlər tərəfindən 31 mart-Azərbaycanlıların soyqırımı günü ilə bağlı Şəhidlər Xiyabanı ziyarət edilib. Ziyarət zamanı şəhid məzarlarının, "Şəhidlər" kompleksinin və "Qələbə" abidəsinin önünə tər gül dəstələri düzülüb, şəhidlərimizin ruhlarına dualar oxunub, əziz xatirələri dərin ehtiramla yad olunub.
Qeyd edək ki, 1918-ci ilin mart ayında törədilmiş vəhşiliklər bütün bəşəriyyətə və insanlığa qarşı qanlı cinayətdir. İllər keçsə də Azərbaycan xalqının məruz qaldığı etnik təmizləmənin, terror və soyqırımı aktlarının, amansızcasına divan tutulmasının ağrı-acısını heç vaxt unutmayacağıq, faciənin günahsız qurbanlarının nurlu xatirələrini hər zaman dərin hüznlə yad edəcəyik. Uca Tanrıdan bütün şəhidlərimizə rəhmət diləyirik!