Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə 29.05.2024-cü il tarixdə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində maarifləndirici görüş keçirilib

30 may 2024 | 18:29
  2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar təsdiq edilmiş “Tədbirlər Planı”na uyğun olaraq mayın 29-da İmişli rayonunda “Su ehtiyatlarından səmərəli istifadənin təmin olunması, alternativ su mənbələrinin yaradılması və həmin mənbələrdən istifadənin genişləndirilməsi” mövzusunda maarifləndirici görüş keçirilib. Görüşdə İmişli Rayon İcra Hakimiyyətinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin nümayəndələri və digər aidiyyəti qurumların rəhbərləri iştirak ediblər.
  Çıxışlarda su ehtiyyatlarından səmərəli istifadənin, alternativ su mənbələrinin yaradılmasının günümüzün aktual məsələlərindən biri olduğu, həmçinin ölkəmizdə əhalinin keyfiyyətli içməli su ilə təmin edilməsi istiqamətində mühüm işlər görüldüyü diqqətə çatdırılıb. Qeyd edilib ki, su ehtiyatlarından səmərəli istifadənin təmin olunması məqsədi ilə sakinlərlə mütəmadi olaraq maarifləndirici söhbətlər aparılır. Tədbirin sonunda alternativ su mənbələrinin yaradılmasının vacibliyi vurğulanıb, bununla bağlı bir sıra təkliflər səsləndirilərək müzakirələr aparılıb. Əlavə olaraq tədbir iştirakçılarına, eyni zamanda sakinlərə və məktəblilərə görüşlər zamanı sudan səmərəli istifadə ilə bağlı maarifləndirici yaddaş vərəqələri paylanılıb. Yaddaş vərəqələrinin paylanılmasında Rayon İcra Hakimiyyəti ilə yanaşı RİİB könüllüləri də iştirak ediblər.
Keçidlər