Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə 28 May – Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib

26 may 2026 | 18:10
    Mayın 26-da İmişli rayonunun Heydər Əliyev Mərkəzində 28 May - Müstəqillik Günü münasibətilə dəyirmi masa keçirilib. Dəyirmi masada İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisələrin rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbir Ulu Öndərin və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
    Tədbiri giriş sözü ilə açan icra başçısı iştirakçıları salamlayaraq, 28 May – Müstəqillik Günü münasibətilə səmimi təbriklərini çatdırıb və bu əlamətdar günün Azərbaycan xalqının tarixində mühüm yer tutduğunu vurğulayıb. Bildirib ki, 1918-ci il mayın 28-də yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində ilk demokratik, hüquqi, dünyəvi və parlamentli respublika kimi tarixə düşüb. Azərbaycan Xalq Cümhuriyyətinin qısa müddətli fəaliyyətinə baxmayaraq, dövlət quruculuğu istiqamətində mühüm addımlar atıldığını diqqətə çatdırıb. Çıxışında Xalq Cümhuriyyətinin süqutundan, Azərbaycanın sovet işğalına məruz qalmasından və xalqımızın müstəqillik arzularının daim yaşadılmasından bəhs edib. Qeyd edib ki, XX əsrin sonunda tarixi ədalət bərpa edilərək Azərbaycan yenidən dövlət müstəqilliyini əldə edib. Müstəqilliyimizin qorunması və möhkəmləndirilməsi istiqamətində Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətlərinin olduğunu, onun uzaqgörən siyasəti nəticəsində ölkədə ictimai-siyasi sabitliyin təmin edildiyini və dövlətçilik ənənələrinin möhkəmləndirildiyini diqqətə çatdırıb. Vurğulayıb ki, Ulu Öndərin əsasını qoyduğu siyasi kurs bu gün Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, Azərbaycanın dövlət müstəqilliyi daha da güclənir, ölkəmizin beynəlxalq nüfuzu artır.
    Digər çıxış edənlər Azərbaycan Xalq Cümhuriyyətinin xalqımızın dövlətçilik tarixindəki rolundan bəhs edərək, müstəqilliyimizin qorunması və möhkəmləndirilməsi istiqamətində görülən işlərin əhəmiyyətini vurğulayıblar.
Keçidlər