Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə 28 May - Müstəqillik Günü münasibətilə dəyirmi masa keçirilib

27 may 2024 | 12:50
   Mayın 27-də İmişli rayonunun Heydər Əliyev Mərkəzində 28 May - Müstəqillik Günü münasibətilə dəyirmi masa keçirilib. Dəyirmi masada İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisələrin rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. İştirakçılar öncə Ulu Öndər Heydər Əliyevin abidəsini adını daşıdığı istirahət parkında ziyarət edib, önünə gül dəstələri düzüblər.
   Dövlət Himni səsləndirilməsindən sonra tədbiri giriş sözü ilə açan icra başçısı iştirakçıları salamlayıb, səmimi ürək sözlərini çatdırıb, tədbirin əhəmiyyətini vurğulayıb. Bildirib ki, 1918-ci il mayın 28-də Azərbaycan xalqı özünün və Şərqin ilk demokratik, hüquqi, dünyəvi və parlamentli respublikasını yaradıb. Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından, az vaxt ərzində süquta uğramasının səbəblərindən, müstəqilliyimizin bərpası və qorunub saxlanılması istiqamətində yaxın keçmişdə görülən işlərdən ətraflı danışıb. Qeyd edib ki, çətin siyasi-iqtisadi dövrdə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi. Heydər Əliyevin əsasını qoyduğu siyasətin bu gün prezident cənab İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə və reallıqlarına uyğun davam etdirildiyini diqqətə çatdırıb. Digər çıxış edənlər Azərbaycan Xalq Cümhuriyyətinin tariximizdəki yeri və rolundan bəhs ediblər.
Keçidlər