İmişlidə 26 iyun - Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar tədbir keçirilib
Bu gün “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair “Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının icrası məqsədi ilə, o cümlədən 26 iyun BMT-nin “Narkotiklərlə mübarizə günü” ilə əlaqədar narkomaniyanın cəmiyyətə mənfi təsiri, doğurduğu fəsadlar və ona qarşı aparılan mübarizə barədə əhalinin maarifləndirilməsi məqsədi ilə tədbir təşkil edilib. İmişli Rayon İcra Hakimiyyətinin akt zalında təşkil olunan tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının məsul işçisi Vasif Quliyev, İmişli Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Mirzə Quliyev, rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları, səhiyyə işçiləri, rayonun tam orta məktəblərinin psixoloqları, ictimaiyyət nümayəndələri və yeniyetmə-gənclər iştirak ediblər.
Çıxışlarda narkomanlıq və onun törətdiyi bəlalar, onlara qarşı mübarizənin məqsədyönlüyü, maarifləndirici tədbirlərin intensivliyinin daha da artırılması, yeniyetmə-gənclərin asudə vaxtının səmərəli təşkili, narkotiklərlə bağlı hüquqpozmalar və bununla bağlı törədilmiş cinayət hadisələrinin qarşısının alınması, bu sahədə mövcud olan qanunvericiliyin əsasları və cəza tədbirləri, məktəblərdə sağlam həyat tərzinin təbliği və zərərli vərdişlərə qarşı aparılan tədbirlər, risk qrupları ilə psixoloji işlərin gücləndirilməsi və digər aktual məsələlər barəsində məlumatlar verilib. Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, təkliflər səsləndirilib.