Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə “23 İyun – Dövlət qulluqçularının peşə bayramı günü” münasibətilə dəyirmi masa keçirilib

21 iyun 2024 | 17:22
      İyunun 21-də İmişli rayonunun Heydər Əliyev Mərkəzində “23 İyun – Dövlət qulluqçularının peşə bayramı günü” münasibətilə tədbir keçirilib. Tədbir başlamamışdan öncə Ümummilli Lider Heydər Əliyevin adını daşıyan parkda abidəsi ziyarət olunub, önünə tər gül-çiçək dəstələri qoyularaq əziz xatirəsi dərin ehtiramla yad edilib. Tədbir dövlət himninin səsləndirilməsi, Ulu Öndərin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının xatirələrinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.
      Möhtərəm prezidentimiz cənab İlham Əliyevin 25.05.2006-cı il tarixli müvafiq Sərəncamı ilə hər il iyun ayının 23-nün dövlət qulluqçularının peşə bayramı günü kimi qeyd edildiyini bildirən rayon rəhbəri bayram münasibətilə bütün dövlət qulluqçularını, eləcə də İmişli Rayon İcra Hakimiyyətinin başçısı aparatında və inzibati ərazi dairəsi üzrə nümayəndəliklərində çalışan dövlət qulluqçularını təbrik edib, onlara möhkəm cansağlığı və fəaliyyətlərində hər zaman müvəffəq olmağı arzulayıb. Digər çıxış edənlər dövlət qulluğu sahəsində islahatlar aparılmasının, dövlət qulluqçularının sosial rifahının yaxşılaşdırılmasının ölkə rəhbərinin daima diqqətində olduğunu qeyd ediblər. Çıxışlardan sonra bir qrup dövlət qulluqçuları icra başçısının “Fəxri Fərman”ı ilə təltif edilib. Tədbirin sonunda xatirə şəkilləri çəkdirilib.
 
 
 
 
 
 
 
 
 
Keçidlər