İmişlidə "23 İyun - Beynəlxalq Olimpiya Günü"nə həsr olunmuş açıq qapı günü keçirilib
Bu gün İmişli Rayon İcra Hakimiyyətinin, Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin və İmişli Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə "23 İyun – Beynəlxalq Olimpiya Günü"nə həsr olunmuş açıq qapı günü təşkil edilib.
Tədbirdə İmişli Rayon İcra Hakimiyyətinin, YAP İmişli Rayon Təşkilatının, Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin, İmişli Olimpiya İdman Kompleksinin rəhbər və məsul əməkdaşları, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxış edənlər əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan, ölkəmizdə sağlam gənc nəslin formalaşdırılmasına, idmanın kütləviləşdirilməsinə və müasir idman infrastrukturunun yaradılmasına yönəlmiş dövlət siyasətindən ətraflı bəhs edərək, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə xidmət edən bu siyasətin bu gün Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıblar. Qeyd olunub ki, ölkədə idmanın kütləviliyinin təmin edilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.
Uşaq və yeniyetmələrin idmana marağının artırılması, sağlam həyat tərzinin təbliği və müxtəlif idman növlərinin kütləviləşdirilməsi məqsədi daşıyan tədbir çərçivəsində futbol, şahmat, sərbəst güləş, cüdo və boks bölmələrinin fəaliyyəti nümayiş etdirilib. 250-yə yaxın idmançının qatıldığı tədbir iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.






