Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə 22.09.2026-cı il tarixdə antiterror əməliyyatları şəhidi Ucal Babaşovun ildönümü qeyd olunub

22 sentyabr 2026 | 19:11
    Bu gün İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev Qarabağda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olan Babaşov Ucal Nərbala oğlunun doğulub-böyüdüyü və ailəsinin yaşadığı İmişli rayonunun Xəlfəli kəndində keçirilən ildönümü mərasimində iştirak edib. Mərasimdə rayon rəhbəri ilə yanaşı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon şöbəsinin rəisi, polkovnik Ruslan İsmayılov, İmişli Rayon Ağsaqqallar Şurasının sədri Ramiz Əmirov, RİH-nin məsul işçiləri, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
   Mərasim zamanı vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidimizin əziz xatirəsi böyük ehtiramla yad olunub, ruhuna dualar oxunub, ailə üzvlərinə səbir dilənib. Sonra şəhidimizin keçdiyi şərəfli döyüş yolu xatırlanıb. Nərbala kişi şəhid atası kimi oğlunun xatirəsinin daim yad olunmasını Ucalın simasında şəhidlərimizə olan hörmət və ehtiramın bariz nümunəsi kimi qiymətləndirib, hər zaman dövlət qayğısı ilə əhatə olunduqlarına görə razılığını ifadə edib.
    Allah rəhmət eləsin!
Keçidlər