Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə 22 İyul – Milli Mətbuat Günü qeyd olunub

22 iyul 2024 | 12:03

    İmişlidə Azərbaycan Milli Mətbuatının yaranmasının 149-cu ildönümü münasibətilə tədbir keçirilib. İmişli rayonunun Heydər Əliyev Mərkəzində təşkil olunan tədbirdə rayon ərazisində, həmçinin respublikanın müxtəlif media qurumlarında fəaliyyət göstərən nümayəndələr iştirak ediblər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canlarını qurban verən şəhidlərimizin əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Çıxış edənlər jurnalistləri bayram münasibətilə təbrik edib, 149-cu ildönümünü qeyd edən Azərbaycan mətbuatının keçdiyi uzun və şərəfli yoldan söz açıblar. Görüşün sonunda qələm sahibləri peşə bayramları münasibətilə bir daha təbrik edilərək onlara qiymətli hədiyyələr təqdim olunub, müstəqil Azərbaycanın çiçəklənməsi naminə gələcək işlərində uğurlar arzulanıb.

Keçidlər