Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə 20 Yanvar faciəsinin 36-cı ildönümü anılıb

20 yanvar 2026 | 12:57
   Bu gün xalqımızın azadlıq uğrunda mübarizə tarixində önəmli yer tutan 20 Yanvar faciəsinin 36-cı ildönümü münasibətilə İmişli rayonunun Şəhidlər Xiyabanı ziyarət olunub. İmişli RİH başçısının birinci müavini Mirzə Quliyev, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, şəhid ailələrinin, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə rəhbərlərinin, o cümlədən qazilərin və rayon ictimaiyyətinin iştirak etdiyi ziyarət zamanı Xiyabanda şəhid məzarlarının və şəhidlər kompleksinin önünə gül-çiçək dəstələri düzülüb, şəhidlərimizin əziz xatirələri dərin ehtiramla yad edilib.
   Sonra rayonun Göbəktala kəndində yerləşən qəbiristanlıqda 20 Yanvar şəhidi Sürayyə Lətif qızı Babayevanın məzarı ziyarət olunub, önünə gül-çiçək dəstələri düzülüb, ruhuna dualar oxunub. Həmçinin hüzn əlaməti olaraq yanvarın 20-də saat 12:00-da Azərbaycanın bütün ərazisində olduğu kimi, İmişli rayonunda da nəqliyyatın hərəkəti müvəqqəti dayandırılıb, avtomobillərdən səs siqnalları verilərək 20 Yanvar faciəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
    Allah bütün şəhidlərimizə rəhmət eləsin!


Keçidlər