Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə 20 Yanvar faciəsinin 34-cü ildönümü anılıb

20 yanvar 2024 | 11:48
     Bu gün xalqımızın azadlıq uğrunda mübarizə tarixində önəmli yer tutan 20 Yanvar faciəsinin 34-cü ildönümü münasibətilə İmişli rayonunun Şəhidlər Xiyabanı ziyarət olunub. İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayevin, şəhid ailələrinin, rayonun hüquq-mühafizə, idarə, müəssisə rəhbərlərinin, o cümlədən qazilərin və rayon ictimaiyyətinin iştirak etdiyi ziyarət zamanı Xiyabanda şəhid məzarlarının və şəhidlər kompleksinin, həmçinin “Qələbə” abidəsinin önünə gül-çiçək dəstələri düzülüb, şəhidlərimizin əziz xatirələri dərin ehtiramla yad edilib. Sonra rayonun Göbəktala kəndində yerləşən qəbiristanlıqda 20 Yanvar şəhidi Sürayyə Lətif qızı Babayevanın məzarı ziyarət olunub, önünə gül-çiçək dəstələri düzülüb, ruhuna dualar oxunub.
     Məlumat üçün bildiririk ki, bu gün saat 12:00-da 20 Yanvar şəhidlərinin xatirəsinə ehtiram əlaməti olaraq nəqliyyatın və piyadaların hərəkəti 1 dəqiqəlik dayandırılacaq.
     Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Keçidlər