Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə “2 fevral – Azərbaycan Gəncləri Günü” ilə bağlı tədbir keçirilib

28 yanvar 2025 | 19:03
   Bu gün İmişli rayonunun Heydər Əliyev mərkəzində “2 fevral – Azərbaycan Gəncləri Günü” ilə bağlı tədbir keçirilib. Tədbirdə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyev, ictimaiyyət nümayəndələri, eyni zamanda rayonun fəal gəncləri iştirak ediblər.
   Tədbir başlamamışdan öncə Dövlət Himni səsləndirilib. Tədbiri giriş sözü ilə açan icra başçısı Müstəqil Azərbaycan gənclərini bu bayram günü münasibətilə ürəkdən təbrik edib, onlara xoşbəxt gənclik, sağlamlıq və uğurlu gələcək arzulayıb. Qeyd edib ki, Azərbaycan gənclərinin günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında birmənalı olaraq dövlətimizin apardığı gənclər siyasətinin mühüm rolu olub. Bu siyasətin banisi isə xalqımızın Ümummilli Lideri Heydər Əliyevdir. İcra başçısı həmçinin bildirib ki, Ulu Öndərin gənclərə göstərdiyi yüksək diqqət və qayğının prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Digər çıxış edənlər ölkədə və İmişli rayonunda gənclərlə bağlı görülən işlərdən danışmış, gəncləri bayram münasibəti ilə təbrik edərək, onlara uğurlar arzulayıblar.
    Tədbirdə rayonun ictimai-siyasi həyatında, təhsildə, idmanda, eləcə də elm sahələrində fərqlənən bir qrup fəal gəncə Fəxri Fərman təqdim olunub.
 
 
 
 
 
 
 
 
 
 
Keçidlər