Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə 18.09.2026-cı il tarixdə Dövlət Suverenliyi Günü ilə bağlı dəyirmi masa keçirilib

18 sentyabr 2026 | 18:57
   Bu gün İmişlidə 20 sentyabr – Dövlət Suverenliyi Gününə həsr olunmuş dəyirmi masa keçirilib. Tədbirdə İmişli Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Mirzə Quliyev, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, rayonun idarə və müəssisələrinin rəhbərləri, ziyalılar, şəhid ailələri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
   Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək Ulu Öndərin əziz xatirəsini ehtiramla yad ediblər. Tədbir Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyünün qorunması və bərpası uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlanıb.
   Giriş nitqi ilə çıxış edən RİH başçısının birinci müavini Mirzə Quliyev Dövlət Suverenliyi Gününün Azərbaycanın müasir tarixinindəki müstəsna siyasi və mənəvi əhəmiyyəti xüsusi vurğulayıb. Bildirib ki, Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasi kursu və Prezident cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi sayəsində dövlətçiliyimiz daha da güclənib, beynəlxalq nüfuzumuz zirvələrə yüksəlib. Xüsusilə Müzəffər Ali Baş Komandanın iradəsi ilə Vətən müharibəsində və lokal antiterror tədbirlərində qazanılan tarixi qələbə nəticəsində ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunduğu, Azərbaycanın dünyaya qalib xalq kimi adını yazdırdığını diqqətə çatdırıb.
  Tədbirdə çıxış edən YAP İmişli Rayon Təşkilatının sədri Səfa Ağayev hazırda işğaldan azad edilən torpaqlarımızda həyata keçirilən bərpa-quruculuq işləri sayəsində Böyük Qayıdışın uğurla reallaşdığını və doğma yurdlarına qovuşan soydaşlarımızın həyatının yenidən canlandığını qeyd edib.
  Daha sonra çıxış edən şəhid ailələrinin üzvləri qəhrəman övladlarımızın qanı bahasına əldə edilən bu tarixi qələbənin və suverenliyin hər bir azərbaycanlı üçün qürur mənbəyi olduğunu bildiriblər. Şəhid ailələri onlara göstərilən dövlətin diqqət və qayğısından razılıqla danışaraq, hər zaman dövlət və Ali Baş Komandanın yanındakı qürurlu duruşlarını ifadə ediblər.
  Digər çıxış edənlər 20 Sentyabr – Dövlət Suverenliyi Gününün xalqımızın azadlıq əzmini, əyilməz iradəsini və milli kimliyini simvolizə edən müqəddəs dəyər olduğunu bildiriblər. Vurğulanıb ki, bu gün güclü təməllər üzərində dayanan müstəqil Azərbaycan hər sahədə sürətlə inkişaf edərək parlaq gələcəyə doğru inamla irəliləyir. Yekunda dəyirmi masa iştirakçıları arasında faydalı və səmimi fikir mübadiləsi aparılıb.
Keçidlər