İmişlidə 18.04.2025-ci il tarixdə əmək yarmarkası baş tutub
18 aprel 2025 | 16:36
Bu gün İmişli rayonunun Uşaq-Gənclər İdman Şahmat məktəbinin inzibati binasında Dövlət Məşğulluq Agentliyinin və İmişli Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə əmək yarmarkası keçirilib. Yarmarkada İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, Mil-Muğan Regional Məşğulluq filialının müdiri vəzifəsini müvəqqəti icra edən Ruslan Məmmədli, işəgötürənlər və işaxtaran vətəndaşlar iştirak ediblər. Yarmarkada işsiz və işaxtaran şəxslərin işəgötürənlərlə bilavasitə təmas yaratması və bu vasitə ilə işə düzəlmələrinə köməklik məqsədilə keçirilən əmək yarmarkalarının əhəmiyyətindən danışılıb, işəgötürənlər və işaxtaran şəxslər tədbirdə aktiv iştiraka dəvət edilib. Vakansiyalar üzrə müraciət edən işsiz və işaxtaran şəxslərdən anket məlumatları qəbul edilərək nəzərdən keçirilib, onların həmin vakansiyalar üzrə məşğulluqlarının təmin edilməsi üçün işlərə başlanılıb.
Qeyd edək ki, əmək yarmarkasında 15 müəssisə üzrə 150-yə yaxın vakansiya təqdim edilib.