İmişlidə 18.03.2025-ci il tarixində “Konstitusiya və Suverenlik İli” çərçivəsində ağacəkmə aksiyası keçirilib
18 mart 2025 | 16:42
Bu gün İmişli şəhərində Ulu Öndər Heydər Əliyevin adını daşıyan istirahət parkının Bayraq meydanı ərazisində “Konstitusiya və Suverenlik İli” çərçivəsində İmişli Rayon İcra Hakimiyyətinin təsdiq etdiyi "Tədbirlər Planı"na uyğun olaraq ağacəkmə aksiyası keçirilib. Ekoloji davamlılıq, yaşıllıq zonalarının bərpası və genişləndirilməsini təşviq edən aksiyanın məqsədi ictimaiyyətin diqqətini bu sahəyə cəlb etmək və iştirakçılığını artırmaqla ətraf mühitin mühafizəsi, ekoloji təhlükəsizliyin təmini və iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verməkdir.
İmişli Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə həyata keçirilən aksiya zamanı ərazidə təmizlik işləri aparılıb, ümumilikdə 200 ədəd olmaqla, 100 ədəd leylandıra şamları, 100 ədəd isə xan çinarı ağacları əkilərək aqrotexniki qaydada qulluq göstərilib.
Qeyd edək ki, “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı hazırlanan tədbirlər planının icrasından irəli gələrək rayonumuzda silsilə tədbirlər davam edəcək.