Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə “18 oktyabr - Azərbaycanın Respublikasının müstəqilliyinin bərpası günü” ilə əlaqədar dəyirmi masa keçirilib

18 oktyabr 2024 | 11:56
   Bu gün İmişli rayon Heydər Əliyev mərkəzində “18 oktyabr - Azərbaycanın Respublikasının müstəqilliyinin bərpası günü” ilə əlaqədar dəyirmi masa baş tutub. Tədbirdə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, rayonun hüquq-mühafizə orqanlarının və idarə, müəssisə, təşkilatlarının rəhbərləri iştirak ediblər. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, daha sonra Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
   Tədbirdə çıxış edən İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev bu əlamətdar gün münasibəti ilə tədbir iştirakçılarını təbrik edib. Ümummilli lider Heydər Əliyevin qurub yaratdığı müasir Azərbaycanın parlaq uğurlarından danışan icra başçısı Ulu Öndərin əsasını qoyduğu siyasi və iqtisadi kursun, cəmiyyət həyatının bütün sahələrini əhatə edən islahatların Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb. Digər çıxış edənlər Ulu Öndər Heydər Əliyevin dövlətimiz və dövlətçiliyimiz, həmçinin xalqımız üçün qurub yaratdığı müasir Azərbaycanın parlaq uğurlarından danışıblar.
Keçidlər