Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə 16.03.2024-cü il tarixdə iməclik təşkil olunub

16 mart 2024 | 11:32

    İnsan sağlamlığının və təbiətin mühafizəsi üçün lazım olan ən mühüm amil sanitar-gigiyena qaydalarına əməl edilməsi və təmizliyin qorunmasıdır. Bu məqsədlə İmişli Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə 16.03.2024-cü il tarixində İmişli şəhərinin H.Əliyev prospektində, N.Savalanov və H.Aslanov küçələrində iməclik təşkil olunub. İmişli Rayon İcra Hakimiyyətinin çağırışına qoşulan müəssisə, idarə və təşkilatların kollektivləri də bu iməclikdə yaxından iştirak ediblər. İməclik keçirildiyi ərazilər yararsız tullantılardan təmizlənərək zibilliklər ləğv edilib, ərazilərə səpələnən müxtəlif məişət tullantıları toplanaraq ərazidən uzaqlaşdırılıb, ağacların gövdələri ağardılıb və digər abadlıq işləri görülüb.
   Qeyd edək ki, il ərzində İmişli şəhərində ərazinin yaşıllaşdırılması, yeni ağacların əkilməsi, yaşıllıqlara qulluq və abadlıqla bağlı iməcliklər davam etdiriləcəkdir.

Keçidlər