Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə 16.01.2026-cı il tarixdə qanvermə aksiyası keçirilib

16 yanvar 2026 | 16:20
   Yanvarın 16-da İmişli Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və “Milli Hematologiya və Transfuziologiya Mərkəzi” PHŞ-nin dəstəyi ilə İmişli Rayon Mərkəzi Xəstəxanasında qanvermə aksiyası keçirilib. Aksiyada hüquq mühafizə orqanları əməkdaşları, idarə, müəssisə, təşkilatların kollektivləri və sakinlər iştirak ediblər. Müxtəlif qan xəstəliklərindən əziyyət çəkən insanlara köməklik edilməsi məqsədilə keçirilən tədbirdə Milli Hematologiya və Transfuziologiya Mərkəzinin xüsusi tibb briqadasının həkim-hematoloqları tərəfindən hər bir donorun sağlamlığı öncədən yoxlanılıb, onlardan qan analizi götürülərək sağlam olub-olmamaları müəyyənləşdirilib. Tibbi personalın yoxlamasından sonra tam sağlam olan vətəndaşlardan qan götürülüb. Yığılan qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkənlər üçün istifadə olunacaqdır.
  Aksiyada iştirak edənlər qan xəstəliklərindən əziyyət çəkənlər üçün könüllü qan verməyin xeyirxah və savab iş, belə aksiyalarda yaxından iştirak etməyin isə vətəndaşlıq borcu olduğunu qeyd ediblər.
Keçidlər