İmişlidə 15.05.2024-cü il tarixdə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində dəyirmi masa keçirilib
16 may 2024 | 10:41
Ötən gün İmişli Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Bərk və məişət tullantılarının yerləşdirilməsi, utilizasiyası və zərərsizləşdirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi” ilə əlaqədar dəyirmi masa keçirilib.
İmişli Rayon İcra Hakimiyyətinin inzibati binasında baş tutan dəyirmi masada İcra Hakimiyyəti ilə yanaşı Gigiyena və Epidemiologiya Mərkəzinin, Qida Təhlükəsizliyi Agentliyinin və digər aidiyyəti qurumların nümayəndələri iştirak ediblər. Çıxış edən RİH başçısının müavini Ruslan Məmmədov bu sahədə dövlət orqanlarının, ictimai təşkilatların və vətəndaşların üzərinə düşən vəzifələri qeyd edib, ətraf mühitin mühafizəsi və əhalinin sağlamlığının qorunmasında bərk məişət tullantılarının idarə edilməsinin təkmilləşdirilməsi və yenidən qurulmasının rolunu vurğulayıb. Regionlarda bərk məişət tullantılarının mərkəzləşdirilmiş idarə olunması sisteminin yaradılması və bu sahədə maddi-texniki bazanın gücləndirilməsi istiqamətində ölkəmizdə və rayonda həyata keçirilən tədbirlər barədə iştirakçılara geniş məlumat verib. Dəyirmi masa öz işini sual-cavab və müzakirə formatında davam etdirib.