Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə 15 iyun - Milli Qurtuluş Günü ilə əlaqədar tədbir keçirilib

12 iyun 2023 | 16:42
     Bu gün İmişli Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş, 15 iyun – Milli Qurtuluş Günü münasibətilə “Milli dövlətçiliyimizin xilaskarı” mövzusunda konfrans keçirilib. Konfransda İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, millət vəkilləri Hikmət Babaoğlu və Elşad Mirbəşiroğlu, həmçinin rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
       Konfrans başlamamışdan öncə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub, əziz və işıqlı xatirəsi dərin ehtiramla yad edilib. Sonra İmişli rayonunun Heydər Əliyev Mərkəzində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan fotosərgiyə baxış keçirilib. Tədbirdə icra başçısı Elçin Rzayev, millət vəkilləri Hikmət Babaoğlu və Elşad Mirbəşiroğlu çıxış edərək bildiriblər ki, Azərbaycan xalqı iqtisadi böhrandan zəngin idarəçilik təcrübəsinə malik, nüfuzlu dövlət xadimi Heydər Əliyevin müdrik, uzaqgörən siyasəti nəticəsində xilas olub. Qeyd olunub ki, 90-cı illərin əvvəllərində dövlət müstəqilliyimizin qorunub saxlanmasında Heydər Əliyevin misilsiz xidmətləri olub. Onun hakimiyyətə qayıdışından sonra Azərbaycanda bütün təsisatlar bərpa olunub və inkişaf etdirilib. Ümummili Lider Heydər Əliyevin hakimiyyətə gəlişi ilə ölkədə ictimai-siyasi sabitliyin təmin edilməsi istiqamətində əhəmiyyətli addımlar atılıb, iqtisadi tənəzzülə son qoyulub, hüququn aliliyinə əsaslanan idarəetmə sistemi yaradılıb. Çıxış edənlər müstəqil dövlətimizin qurtuluş tarixindən, Heydər Əliyevin xilaskarlıq missiyasından geniş söhbət açıblar.
Keçidlər