Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə “14 iyul 1969-cu il: Müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gün” mövzusunda dəyirmi masa keçirilib

17 iyul 2023 | 16:49
  Bu gün İmişli Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində rayonun Heydər Əliyev Mərkəzində Ulu Öndərin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəlişi ilə bağlı “14 iyul 1969-cu il: Müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gün” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, dahi şəxsiyyət Heydər Əliyevin birinci hakimiyyəti dövründə müxtəlif vəzifələrdə çalışmış, Azərbaycan Milli Məclisinin l çağırış deputatı olmuş Elmira Qasımova, rayonun ictimai-siyasi həyatında uzun müddət böyük xidmətlər göstərmiş Gözəl Səfərova və rayon ictimaiyyəti iştirak ediblər.
  Əvvəlcə Heydər Əliyev Mərkəzinin inzibati binasının foyesindəki Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub, Ulu Öndərin əziz xatirəsi dərin ehtiramla anılıb. Mərkəzdə davam edən tədbirdə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib. Çıxış edənlər Azərbaycanın dövlətçilik ənənələrinin bərpasının, respublikamızın iqtisadi qüdrətinin artmasının məhz Heydər Əliyevin Azərbaycanda ilk dəfə hakimiyyətə gəldiyi gündən – 1969-cu il iyulun 14-dən başlandığını diqqətə çatdırıblar. Qeyd olunub ki, o zamandan başlayaraq Heydər Əliyev ideyaları həyatımızın başlıca gerçəkliyi, inkişafımızın təməl daşı olaraq qalmaqdadır. Ulu Öndər Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə hər zaman xalqını, vətənini düşünüb, ürəyi Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, doğma xalqının xoşbəxtliyi üçün çırpınıb. Elmira Qasımova və Gözəl Səfərova isə Heydər Əliyevin vaxtilə İmişli rayonuna səfərləri zamanı olan xatirələrini bölüşüblər, Ulu Öndərin hakimiyyətdə olduğu hər iki dövrdə respublikanın bütün sahələrinin inkişafına verdiyi əvəzsiz töhfələrdən bəhs ediblər.
Keçidlər