Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə 13.03.2024-cü il tarixdə növbəti əmək yarmarkası baş tutub

13 mart 2024 | 18:00

   İmişli rayonunun Uşaq-Gənclər İdman Şahmat məktəbinin inzibati binasında Dövlət Məşğulluq Agentliyinin və İmişli Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 13.03.2024-cü il tarixdə növbəti əmək yarmarkası keçirilib. Yarmarkada İmişli RİH başçısı Elçin Rzayev, Mil-Muğan Regional Məşğulluq filialının müdiri İlham Quliyev, işəgötürənlər və işaxtaran vətəndaşlar iştirak ediblər. Yarmarkada işsiz və işaxtaran şəxslərin işəgötürənlərlə bilavasitə təmas yaratması və bu vasitə ilə işə düzəlmələrinə köməklik məqsədilə keçirilən əmək yarmarkalarının əhəmiyyətindən danışılıb, işəgötürənlər və işaxtaran şəxslər tədbirdə aktiv iştiraka dəvət edilib. Vakansiyalar üzrə müraciət edən işsiz və işaxtaran şəxslərdən CV-lər qəbul edilərək nəzərdən keçirilib, onların həmin vakansiyalar üzrə məşğulluqlarının təmin edilməsi üçün işlərə başlanılıb.

Keçidlər