Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə 12 dekabr Ümummilli Lider Heydər Əliyevin anım günü qeyd edilib

12 dekabr 2025 | 15:29
   12 dekabr müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, Ümummilli Lider Heydər Əliyevin anım günüdür. Hər il olduğu kimi, bu il də Ümummilli Liderin İmişli şəhərində adını daşıyan parkdakı abidəsi böyük izdihamla ziyarət olunub. İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, millət vəkili Səyyad Aran, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, eləcə də rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların kollektivləri, ictimaiyyət nümayəndələri və sakinlər səhər saatlarından etibarən Heydər Əliyev adına parka gələrək Ulu Öndərin abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri düzərək xalqımızın bu gün firavan yaşamasında misilsiz xidmətləri olan Ümummilli Liderin əziz xatirəsini dərin ehtiramla anıblar. Daha sonra Ulu Öndərin anım günü ilə əlaqədar ehsan süfrəsi açılıb. Tədbir onun xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb və Heydər Əliyevin zəngin həyat və dövlətçilik fəaliyyətini əks etdirən videoçarxın nümayişi ilə davam etdirilib.
   Giriş sözü ilə çıxış edən icra başçısı qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətində Azərbaycan xalqına və dövlətinə xidmət amalı hər zaman əsas yer tutub. O bildirib ki, Ulu Öndərin Azərbaycan qarşısında göstərdiyi xidmətlər əvəzsiz və misilsizdir. Məhz onun uzaqgörən siyasəti, zəngin idarəçilik təcrübəsi və dövlətçilik iradəsi sayəsində müstəqil Azərbaycan dövləti möhkəm bünövrə üzərində formalaşaraq inkişaf yoluna çıxmışdır. Qeyd edib ki, Heydər Əliyev irsi bu gün Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Xüsusilə 44 günlük Vətən müharibəsində qazanılmış möhtəşəm Qələbə, torpaqlarımızın işğaldan azad edilməsi və ölkəmizin tam suverenliyinin bərpası Ulu Öndərin ideyalarının təntənəli zəfəridir.
    Digər çıxış edənlər Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən geniş bəhs edərək bildiriblər ki, onun Azərbaycan xalqı və dövləti qarşısında göstərdiyi xidmətlər əvəzsiz və misilsizdir. Ulu Öndərin uzaqgörən siyasəti, zəngin idarəçilik təcrübəsi və dövlətçilik iradəsi sayəsində müstəqil Azərbaycan Respublikası öz möhkəm təməlini qurmuş və inkişaf yoluna qədəm qoymuşdur.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Keçidlər