Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Nağıl qəhrəmanları bu gün” adlı tədbir keçirilib

01 iyun 2026 | 18:45
   İmişli Rayon İcra Hakimiyyətinin və İmişli Rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə “Nağıl qəhrəmanları bu gün” adlı tədbir keçirilib. Tədbirdə rayon icra hakimiyyətinin məsul əməkdaşları, mədəniyyət işçiləri, rayon sakinləri və uşaqlar iştirak ediblər.
   Çıxış edənlər uşaqları bayram münasibətilə təbrik edərək, onlara xoşbəxt və firavan gələcək arzulayıblar. Bildirilib ki, ölkəmizdə uşaqların hüquqlarının qorunması, onların hərtərəfli inkişafı və sosial müdafiəsinin gücləndirilməsi daim dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Bu sahədə həyata keçirilən siyasətin təməlinin Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulduğu və hazırda Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi xüsusi vurğulanıb.
   Tədbirin bədii hissəsi mədəniyyət işçilərinin və uşaqların təqdimatında rəngarəng musiqi nömrələri, milli və müasir rəqslər, şeirlər, mahnılar və maraqlı səhnəciklərlə davam edib. İstedadlı balacaların nümayiş etdirdiyi yaradıcılıq nümunələri bayram tədbirinə xüsusi ab-hava bəxş edib, onların çıxışları iştirakçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.
    Sonda uşaqlara bayram hədiyyələri təqdim edilib və xatirə şəkilləri çəkdirilib.
Keçidlər