İmişlidə 04.11.2026-cı il tarixində “8 Noyabr – Zəfər Günü”nə həsr edilmiş rəsm sərgisi keçirilib
04 noyabr 2026 | 20:48
Noyabrın 4-də İmişli Rayon İcra Hakimiyyətinin təsdiq etdiyi tədbirlər planına uyğun olaraq, İmişli şəhərindəki Heydər Əliyev adına istirahət parkında açıq havada “8 Noyabr – Zəfər Günü”nə həsr olunmuş rəsm sərgisi keçirilib. Sərgidə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, Mədəniyyət Mərkəzinin əməkdaşları, məktəblilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Sərgiyə baxış zamanı çıxış edən icra başçısı sərginin əhəmiyyətindən danışaraq bildirib ki, 8 Noyabr xalqımızın tarixində qürur və zəfər səhifəsi kimi əbədiləşib. O qeyd edib ki, bu möhtəşəm Qələbə Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi və qəhrəman Azərbaycan Ordusunun igidliyi sayəsində əldə olunub. Vurğulayıb ki, bu gün gənclərin çəkdiyi hər bir rəsm Vətən sevgisinin, milli qürurun və dövlətçiliyimizə sədaqətin təzahürüdür.
Sonda sərgi iştirakçıları xatirə şəkli çəkdiriblər.






