İmişlidə 03.12.2025-ci il tarixdə növbəti əmək yarmarkası baş tutub
03 dekabr 2025 | 17:27
İmişli rayonunun Uşaq-Gənclər İdman Şahmat məktəbinin inzibati binasında Dövlət Məşğulluq Agentliyinin və İmişli Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 03.12.2025-ci il tarixdə növbəti əmək yarmarkası keçirilib. Yarmarkada İmişli Rayon İcra Hakimiyyətinin, Mil-Muğan Regional Məşğulluq filialının məsul işçiləri, eləcə də işəgötürənlər və işaxtaran vətəndaşlar iştirak ediblər. Yarmarkada işsiz və işaxtaran şəxslərin işəgötürənlərlə bilavasitə təmas yaratması və bu vasitə ilə işə düzəlmələrinə köməklik məqsədilə keçirilən əmək yarmarkalarının əhəmiyyətindən danışılıb, işəgötürənlər və işaxtaran şəxslər tədbirdə aktiv iştiraka dəvət edilib. Vakansiyalar üzrə müraciət edən işsiz və işaxtaran şəxslərdən anket məlumatları qəbul edilərək nəzərdən keçirilib, onların həmin vakansiyalar üzrə məşğulluqlarının təmin edilməsi üçün işlərə başlanılıb.
Qeyd edək ki, əmək yarmarkasında 17 müəssisə üzrə 100-yə yaxın vakansiya təqdim edilib.






