Şriftin ölçüsü :

Saytın rəngi :

İmişli Tarix-Diyarşünaslıq Muzeyində “ Zəfər Azərbaycanındır “ adlı tədbir keçirilib.

02 noyabr 2022 | 10:57
   Bu gün İmişli Tarix-Diyarşünaslıq Muzeyində “8 noyabr - Zəfər Günü” ilə bağlı İmişli Rayon İcra Hakimiyyətinin tərtib etdiyi tədbirlər planına uyğun olaraq “Zəfər Azərbaycanındır“ adlı tədbir keçirib. Tədbirdə ilk öncə torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Tədbirdə İmişli Rayon İcra Hakimiyyətinin əməkdaşları, Kürdəmir Regional Mədəniyyət İdarəsinin İmişli rayon əməkdaşları, İmişli rayon Uşaq İncəsənət məktəbinin müəllimləri və məktəblilər iştirak edib.
   Tədbirdə çıxış edənlər bildirib ki, ölkə rəhbəri, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli mövqeyi və sarsılmaz iradəsi nəticəsində 2020-ci ilin 27 sentyabr tarixində zəfər yürüşünə çıxan rəşadətli ordumuz 30 illik həsrətə son qoyaraq işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad etdi, Vətəni canı bahasına qoruyaraq uca zirvəyə yüksələn, Azərbaycan xalqının qüruru, fəxri olan bütün şəhidlərimizin daim qəlblərdə yaşayacaqlarını, onların xatirələrinin hər zaman əziz tutulacağını vurğulayıblar.
   Sonra bədii kompozisiyalar təqdim edilib, milli və vətənpərvərlik mövzusunda mahnılar səsləndirilib, iştirakçılara “8 noyabr - Zəfər Günü” ilə bağlı ətraflı məlumat verilib.
   Sonda qazilər və tədbir iştirakçıları ilə birlikdə xatirə şəkli çəkilib.
Keçidlər