Şriftin ölçüsü :

Saytın rəngi :

İmişli şəhərinin Rövşən Əbilov küçəsində müasir standartlara uyğun asfaltlama işləri yekunlaşıb

25 dekabr 2025 | 18:22
   İmişli şəhəri ərazisində avtomobil yollarının yenidən qurulması istiqamətində işlər ardıcıl şəkildə davam etdirilir. Növbəti əsaslı təmir işləri şəhərin Rövşən Əbilov küçəsində həyata keçirilib. Əhalinin rahat və təhlükəsiz gediş-gəlişinin təmin olunması, eləcə də yol infrastrukturunun funksionallığının artırılması məqsədilə başlanılan yenidənqurma işləri qısa müddət ərzində və yüksək keyfiyyətlə yekunlaşıb. Görülən işlər çərçivəsində yolun əsas hissəsinə qum-çınqıl materialları tökülərək mexaniki hamarlama və bərkitmə tədbirləri həyata keçirilmiş, ardınca isə asfalt örtüyü salınmışdır. Uzunluğu 430 metr olan avtomobil yoluna ümumilikdə 2150 kv.metr asfalt örtüyü döşənərək istifadəyə verilmişdir.
   Qeyd edək ki, İmişlinin şəhərdaxili avtomobil yollarında görülən bu işlər mərhələli şəkildə davam etdirilir.
Keçidlər