Şriftin ölçüsü :

Saytın rəngi :

İmişli şəhərinin P.Həsənov küçəsinin piyada səkilərində yenidənqurma işləri başa çatdırılıb

26 sentyabr 2023 | 17:18
  Son vaxtlar İmişli şəhərinin küçə və məhəllələrində mütəmadi aparılan yenidənqurma işləri ətraf ərazinin estetik görünüşünün xeyli dərəcədə yaxşılaşmasına səbəb olub. Bu işlərin davamı olaraq İmişli şəhərinin ən böyük küçələrindən hesab edilən P.Həsənov küçəsi boyu piyada səkilərində aparılan genişmiqyaslı yenidənqurma işləri artıq başa çatdırılıb. Belə ki, əvvəllər küçə boyu piyadalar üçün nəzərdə tutulan yolun hərəkət hissəsi yararsız olduğundan sakinlərin gediş-gəlişində çətinliklər yaranırdı. Görülən işlər çərçivəsində ərazidə ümumi uzunluğu 4000 metrdən artıq olmaqla piyadaların sərbəst hərəkəti üçün səkilərə yeni səki daşları və müasir döşəmə plitələri qoyulub, həmçinin layihə üzrə normativlərə uyğun əlil arabaları üçün panduslar düzəldilib. Görülən işlər sakinlər tərəfindən razılıqla qarşılanıb və ətraf ərazinin estetik görünüşünün yaxşılaşması ilə yanaşı həm də rayona gələn qonaqların rahatlığını təmin edib. Əlavə olaraq küçə boyu ərazidə zibil tullantılarının kənara səpələnməməsi, həmçinin ərazinin daha da abad olması məqsədilə tullantı meydançaları inşa olunub.
  Xatırladaq ki, sözügedən küçənin səkilərində aparılan yenidənqurma işləri ilə yanaşı yaxın vaxtlarda həmin ərazidə müasir işıqlandırma sisteminin quraşdırılması da nəzərdə tutulub.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Keçidlər