Şriftin ölçüsü :

Saytın rəngi :

İmişli şəhərinin P.Həsənov küçəsinin piyada səkilərində yenidənqurma işləri aparılır

05 iyul 2023 | 17:03

     Son dövrdə İmişli şəhərinin küçə və məhəllələrində mütəmadi aparılan abadlıq-quruculuq işləri ətraf ərazinin estetik görünüşünün xeyli dərəcədə yaxşılaşmasına səbəb olmuşdur. Belə ki, görülən işlər çərçivəsində İmişli şəhərinin böyük küçələrindən hesab edilən, əhalinin kompakt yaşadığı, eyni zamanda gediş-gəlişin çox olduğu P.Həsənov küçəsinin piyada səkilərində genişmiqyaslı təmir-bərpa işlərinə başlanılıb. Küçədə layihə üzrə piyadaların sərbəst hərəkəti üçün səkilərə yeni səki daşları və müasir döşəmə plitələri qoyulur, həmçinin normativlərə uyğun əlil arabaları üçün panduslar düzəldilir. Qeyd edək ki, P.Həsənov küçəsində aparılan yenidənqurma işləri çərçivəsində 2.2 metr enində piyada səkiləri inşa edilir və bu səkilərin uzunluğu ümumilikdə 4000 metrdən ibarətdir. Sözügedən küçənin səkilərində aparılan yenidənqurma işləri ilə yanaşı yaxın vaxtlarda həmin ərazidə müasir işıqlandırma sisteminin quraşdırılması da nəzərdə tutulub.

Keçidlər