Şriftin ölçüsü :

Saytın rəngi :

İmişli şəhərinin mərkəzi küçəsində yeni işıqlandırma sistemi qurulub

30 iyun 2022 | 12:45

İmişli şəhərinin mərkəzi hissəsində xeyli sayda çoxmənzilli ictimai yaşayış binalarının və sosial obyektlərin yerləşdiyi Tofiq İsmayılov küçəsində müasir səviyyədə yeni işıqlandırma sistemi quraşdırılıb. Küçədə dekorativ elektrik dayaqları və işıqlandırma lampaları quraşdırılaraq ərazidə normal işıqlandırma yaradılıb və bu vəziyyət xeyli müddətdir işıqlandırılmayan küçə sakinlərinin sevincinə səbəb olub. Bununla yanaşı Tofiq İsmayılov küçəsində əlavə olaraq abadlıq işlərinin görülməsi nəzərdə tutulub. Belə ki, 2000 metr uzunluğu olan səkilərdə əsaslı təmir işlərinə başlanılacaqdır.

Qeyd edək ki, müasir işıqlandırma sistemləri gecələr hərəkəti asanlaşdırmaqla yanaşı, şəhərin estetik görünüşünü də gözəlləşdirir.

Keçidlər