Şriftin ölçüsü :

Saytın rəngi :

İmişli şəhərinin Lətif Vəliyev küçəsinin avtomobil yollarında asfaltlaşma işləri yekunlaşıb

24 dekabr 2025 | 13:32
    İmişli şəhərində şəhərdaxili avtomobil yollarında aparılan əsaslı təmir və yenidənqurma işləri ardıcıl şəkildə davam etdirilir. Görülən işlər çərçivəsində növbəti asfaltlaşma işləri şəhərin Lətif Vəliyev küçəsinin avtomobil yollarında həyata keçirilmişdir.
    Uzun müddət təmir olunmayan və asfalt örtüyü yararsız hala düşən yol hissələri avtonəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaradırdı. Aparılan əsaslı təmir işləri nəticəsində mövcud problemlər aradan qaldırılmış, yol hərəkətinin təhlükəsizliyi və rahatlığı təmin edilmişdir.Belə ki, küçənin avtomobil yoluna əvvəlcə qum-çınqıl materialları tökülərək hamarlanmış, daha sonra müasir standartlara uyğun asfalt örtüyü döşənmişdir. Uzunluğu 500 metr olan avtomobil yoluna 3000 kv. metr asfalt döşənərək sakinlərin ümumi istifadəsinə verilmişdir.
    Qeyd edək ki, İmişli şəhərində şəhərdaxili avtomobil yollarında aparılan təmir, abadlıq və yenidənqurma işləri müntəzəm xarakter daşıyır və mərhələli şəkildə davam etdirilir.
Keçidlər