Şriftin ölçüsü :

Saytın rəngi :

İmişli şəhərinin Həzi Aslanov küçəsində aparılan abadlıq-quruculuq işləri müasir standartlara uyğun şəkildə başa çatdırılıb

09 fevral 2026 | 18:15
   Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində İmişli rayonu ərazisində yol infrastrukturunun yenilənməsi prosesi davam etdirilir. Belə ki, İmişli şəhərinin H.Aslanov küçəsinin avtomobil yollarında yolayrıcı zolağın inşası tam başa çatdırılıb. Layihə üzrə görülən işlər yol elementlərinin tələb olunan ölçülərinin müvafiq normalarına uyğun nəzərə alınmaqla aparılıb və hərəkət zolaqlarının ölçüləri normativ qaydaların tələblərinə uyğun saxlanılıb.
    Bundan əlavə, ayrıc zolağında müasir işıqlandırma sistemi quraşdırılıb. Bu, yolun təhlükəsizliyini artırmaqla yanaşı, həm də şəhərin daha estetik və müasir bir görkəm almasına şərait yaradıb. İşıqlandırma sisteminin qurulması, gecə vaxtı nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin edəcək və piyadaların da rahat şəkildə hərəkət etmələrinə imkan yaradacaq.
     Qeyd edək ki, İmişli rayonu ərazisindəki yol infrastrukturunda yenidənqurma işləri mütəmadi aparılır.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Keçidlər