İmişli şəhərinin daha bir küçəsində asfaltlaşma işləri yekunlaşdırılıb
03 avqust 2022 | 16:14
İmişlidə şəhərdaxili avtomobil yollarında aparılan əsaslı təmir işləri davam etdirilir. Belə ki, növbəti təmir işləri şəhərin uzun müddətdir əsaslı təmir olunmayan H.Ələsgərov küçəsində aparılıb. Avtomobil yolu uzunmüddətli intensiv hərəkət nəticəsində deformasiyaya uğradığından hərəkətin rahat və təhlükəsizliyini təmin etmirdi. Bu səbəbdən layihəyə uyğun olaraq görülən işlər vaxtında yekunlaşdırılıb və avtomobil yoluna 1500 kv.metr asfalt döşənərək sakinlərin istifadəsinə verilib.
Hazırda İmişlinin şəhərdaxili digər avtomobil yollarında əsaslı təmir işləri aparılır və görülən bu işlər müntəzəm xarakterlidir.
(H.Ələsgərov küçəsinin əvvəlki və sonrakı vəziyyəti ilə bağlı fotoşəkilləri təqdim edirik)