Şriftin ölçüsü :

Saytın rəngi :

İmişli şəhərində yol infrastrukturunun yenidən qurulması işləri davam etdirilir

25 avqust 2023 | 18:55
  Yol infrastrukturunun inkişafı istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər respublikamızın hər yerində olduğu kimi, İmişli rayonunda da uğurla davam etdirilir. Belə ki, həyata keçirilən tədbirlər çərçivəsində uzun müddət təmir edilmədən istismar olunan, ümumilikdə uzunluğu 7200 metr olan İmişli şəhərinin avtomobil yollarında əsaslı təmir işlərinə başlanılıb.
  Həyata keçirilən tədbirlər çərçivəsində İmişli şəhərinin Q.İsmayılzadə, N.Nərimanov, R.Bağırov, M.Sadıqcan, İ.Həsənoğlu, Ə.Vahid, Q.Əliyev küçələrinin yol yataqlarında əsaslı təmir işlərinə başlanılıb. Sözügedən küçələrdə işlər yekunlaşdıqdan sonra İ.Bayramov, C.Nəsirov, Z.Şükürov, T.İsmayılov və H.Aslanov küçələrində isə qrafikə uyğun olaraq davam etdiriləcəkdir. Qeyd olunan küçələrdə texnoloji ardıcıllığa uyğun olaraq yollar ağır texnikalar vasitəsilə hamarlanır, yol çiyinləri yenidən qurulur, bünövrəsi möhkəmləndirilərək əsaslı təmir işləri aparılır. Aparılan işlər sakinlərin sevincinə səbəb olub və həyata keçirilən genişmiqyaslı tədbirlərə görə dövlət başçısı cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
  Qeyd edək ki, yol infrastrukturunun yenidən qurulması işlərinin vaxtında yekunlaşdırılması RİH tərəfindən daima nəzarətdə saxlanılır və əhaliyə xidmət göstərən müasir infrastrukturun qurulması istiqamətində işlər ardıcıl şəkildə, yüksək keyfiyyətlə davam etdirilir.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Keçidlər