Şriftin ölçüsü :

Saytın rəngi :

İmişli şəhərində vətəndaşlarla səyyar görüş keçirilib

11 oktyabr 2022 | 18:28
   Prezident cənab İlham Əliyev tərəfindən ölkəmizdə yürüdülən dövlət siyasətinin təməlində hər zaman vətəndaş amili dayanır. İmişlidə də hər zaman vətəndaş məmnunluğu diqqət mərkəzindədir. İmişli RİH başçısı Elçin Rzayev əhalinin problemlərinin yerində öyrənilməsi məqsədilə növbəti səyyar qəbulunu bu gün İmişli şəhər sakinləri ilə keçirib. İmişli şəhər 8 saylı tam orta məktəbin akt zalında təşkil olunan görüşdə RİH başçısı ilə yanaşı, rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar xidmət təşkilatlarının rəhbərləri və şəhər sakinləri iştirak ediblər.
​  Qəbul başlamamışdan öncə səyyar-görüş iştirakçıları tərəfindən ölkəmizin suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirələri bir dəqiqəlik sükutla yad olunub. Giriş nitqi ilə çıxış edən icra başçısı prezident cənab İlham Əliyevin verdiyi tapşırıqların həyata keçirilməsi, əhalinin problemlərinin öyrənilməsi və operativ həlli üçün görülən işlərdən danışıb. O, həmçinin ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlar, eləcə də İmişli rayonunda aparılan abadlıq-quruculuq işləri ilə bağlı ətraflı məlumat verib. Daha sonra qəbula gələn sakinlər dinlənilib, onları narahat edən məsələlərin və problemlərin həlli yolu araşdırılıb. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həll olunub, bəzi müraciətlərin həlli ilə əlaqədar müvafiq göstərişlər verilib.
Keçidlər