Şriftin ölçüsü :

Saytın rəngi :

İmişli şəhərində şəhid Mikayıl Məmmədov küçəsində müasir standartlara uyğun asfalt örtüyü salınıb

22 dekabr 2025 | 17:36

   Həyata keçirilən abadlıq və yenidənqurma tədbirləri çərçivəsində növbəti mərhələdə İmişli şəhərinin şəhid Mikayıl Məmmədov küçəsinin avtomobil yollarında asfaltlaşma işləri aparılmış, sözügedən əraziyə yeni asfalt örtüyü salınmışdır. Yenidənqurma işləri zamanı ilkin olaraq torpaq və çınqıl örtüklü yeni yol yatağı formalaşdırılmış, “İnşaat Norma və Qaydaları”nın tələblərinə uyğun şəkildə növbəti mərhələdə həmin yol üzrə müasir standartlara cavab verən asfalt örtüyü döşənmişdir. Bütün işlər müəyyən edilmiş qrafikə uyğun, texnoloji ardıcıllıq gözlənilməklə və yüksək keyfiyyətlə icra olunmuşdur. Beləliklə, avtomobil yolunun yenidən qurulması yol boyu yaşayan əhalinin gediş-gəlişini asanlaşdırıb və avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq təmin edilib.

 

Keçidlər