Şriftin ölçüsü :

Saytın rəngi :

İmişli şəhərində şəhid Əli Həmidov küçəsinin avtomobil yolu əsaslı təmir olunaraq istifadəyə verilib

23 dekabr 2025 | 09:58
    İmişli şəhərinin şəhərdaxili avtomobil yollarında aparılan əsaslı təmir və yenidənqurma işləri ardıcıl şəkildə davam etdirilir. Bu çərçivədə növbəti asfaltlaşma işləri şəhərin şəhid Əli Həmidov küçəsinin avtomobil yolunda həyata keçirilmişdir. Uzun illər ərzində təmir olunmayan yolun asfalt örtüyünün yararsız vəziyyətə düşməsi avtonəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaradırdı. Aparılan əsaslı təmir işləri nəticəsində mövcud problemlər aradan qaldırılmışdır. Belə ki, küçənin avtomobil yoluna əvvəlcə qum-çınqıl materialları tökülərək hamarlanmış, daha sonra asfalt örtüyü döşənmişdir. Uzunluğu 450 metr olan avtomobil yoluna 2250 kv. metr asfalt döşənərək sakinlərin ümumi istifadəsinə verilmişdir.
    Qeyd edək ki, İmişli şəhərinin şəhərdaxili avtomobil yollarında aparılan bu işlər müntəzəm xarakterlidir.
 
 
Keçidlər