Şriftin ölçüsü :

Saytın rəngi :

İmişli şəhərində əmək yarmarkası keçirilib

07 iyun 2023 | 16:57
     İyunun 7-də İmişli rayonunun Şahmat məktəbində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin və İmişli Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə əmək yarmarkası keçirilib. Yarmarkada İmişli RİH başçısı Elçin Rzayev, millət vəkili Razi Nurullayev, Mil-Muğan Regional Məşğulluq filialının müdiri İlham Quliyev və işaxtaran vətəndaşlar iştirak ediblər. Yarmarka başlamamışdan öncə icra başçısı Elçin Rzayev, millət vəkili Razi Nurullayev, Mil-Muğan Regional Məşğulluq filialının müdiri İlham Quliyev çıxış edərək qeyd ediblər ki, dövlət başçısının siyasətinin mərkəzində vətəndaş rifahının təminatı prinsipinin dayanması ölkəmizdə milli iqtisadiyyatın dinamik artımı şəraitində sosial inkişafın davamlı xarakter almasına, sosial müdafiə və aktiv məşğulluq proqramlarının dəfələrlə genişlənməsinə, sosial sahədə vətəndaş rifahı və məmnunluğuna yönəlik mühüm irəliləyişlərə imkan verib. Həmçinin vurğulanılıb ki, bu gün rayonumuzda keçirilən əmək yarmarkası da əhalinin məşğulluğunun təmin olunması istiqamətində işaxtaranlara dövlətimizin növbəti dəstəyidir.
      Qeyd edək ki, əmək yarmarkasında 14 müəssisə üzrə 230 vakansiya təqdim edilib. Vakansiyalar üzrə müraciət edən işsiz və işaxtaran şəxslərdən CV-lər qəbul edilərək nəzərdən keçirilib. Onların həmin vakansiyalar üzrə məşğulluqlarının təmin edilməsi üçün işlərə başlanılıb. Yarmarkada həmçinin vətəndaşların peşə hazırlığına cəlb olunması üçün şərait yaradılıb, əlavə olaraq işə götürənlər üçün xüsusi müsahibə otağı da təşkil edilib. İşğaldan azad olunan ərazilərdəki vakansiyalar haqqında da müraciət edənlərə detallı məlumatlar verilməsi üçün xüsusi pəncərə yaradılıb. Bundan başqa, aktiv məşğulluq tədbirlərindən olan özünü məşğulluq haqqında da vətəndaşlar ətraflı məlumatlandırılıblar.
 
 
 
 
 
Keçidlər