İmişli şəhərində çoxmənzilli yaşayış binalarının dam örtüklərinin yenilənməsi davam etdirilməkdədir
03 fevral 2025 | 10:02
İmişli rayonunda bütün sahələrlə yanaşı əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində də məqsədyönlü işlər görülür. Belə ki, İmişli şəhərinin T.İsmayılov küçəsində yerləşən 8 nömrəli binanın dam örtüyündə müasir metal vərəqlərdən ibarət örtük materiallarından istifadə edilməklə əsaslı təmir işləri yekunlaşıb. Görülən işlər binanın dam örtüyünün funksional vəziyyətini yaxşılaşdırmaqla yanaşı, sakinlər üçün daha təhlükəsiz və rahat şərait yaradıb.
Qeyd edək ki, belə təşəbbüslər şəhər əhalisinin rifahının artırılmasına və sosial xidmətlərin keyfiyyətinin yaxşılaşdırılmasına böyük töhfə verir. Hazırda İmişli şəhərinin digər ərazilərində yerləşən çoxmənzilli yaşayış binalarının dam örtüklərində əsaslı təmir işləri davam etdirilir.