İmişli şəhərində çoxmənzilli yaşayış binalarının dam örtükləri yenilənir
13 yanvar 2025 | 16:59
İmişli rayonunda bütün sahələrlə yanaşı əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində də məqsədyönlü işlər görülür. Belə ki, İmişli şəhərinin Meliorator qəsəbəsində yerləşən 15 nömrəli binanın dam örtüyündə müasir metal vərəqlərdən ibarət örtük materiallarından istifadə edilməklə əsaslı təmir işləri yekunlaşıb. Görülən işlər binanın dam örtüyünün funksional vəziyyətini yaxşılaşdırmaqla yanaşı, sakinlər üçün daha təhlükəsiz və rahat şərait yaradıb.
Qeyd edək ki, yenidənqurma işləri şəhərin infrastrukturunun müasirləşdirilməsi və sakinlərin həyat şəraitinin yüksəldilməsi məqsədini daşıyır. Eyni zamanda belə təşəbbüslər şəhər əhalisinin rifahının artırılmasına və sosial xidmətlərin keyfiyyətinin yaxşılaşdırılmasına böyük töhfə verir. Hazırda İmişli şəhərinin digər ərazilərində yerləşən çoxmənzilli yaşayış binalarının dam örtüklərində əsaslı təmir işləri davam etdirilir.