Şriftin ölçüsü :

Saytın rəngi :

İmişli şəhərində artıq 2-ci bilbord istifadəyə verilib

17 mart 2025 | 09:44
     İmişli şəhəri ərazisində artıq sayca 2-ci elektron bilbord istifadəyə verilib. Bilbordda mütəmadi olaraq Vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olan həmyerlilərimiz haqqında, həmçinin ölkə ərazisində, xüsusilə də işğaldan azad olunmuş ərazilərdə gəzməli, görməli yerlər barədə məlumatlar nümayiş olunur.
    Qeyd edək ki, 1-ci bilbord İmişli şəhərinin Ulu Öndər Heydər Əliyevin adını daşıyan istirahət parklnda, 2-ci bilbord isə şəhərin Heydər Əliyev prospekti ilə şəhid Nəcməddin Savalanov küçələrinin kəsişməsində quraşdırılmışdır. Bilbordlar həm yerli sakinlər, həm də rayonumuza gələn qonaqlara müxtəlif məlumatlar çatdırmaq və vətənpərvərlik ruhunu yüksəltmək məqsədini daşıyır.
Keçidlər