Şriftin ölçüsü :

Saytın rəngi :

İmişli RİH tərəfindən Qurban bayramı münasibətilə sovqat paylanılıb

28 iyun 2023 | 19:51
   İyunun 28-də İmişli Rayon İcra Hakimiyyəti tərəfindən Qurban bayramı münasibətilə şəhid ailələri, qazilərə və aztəminatlı ailələrə bayram sovqatı paylanılıb. Rayon İcra Hakimiyyətinin, qəsəbə və kəndlərin yerli icra orqanlarının, bələdiyyələrin nümayəndələri bayram münasibətilə şəhid və qazi ailələrinə, o cümlədən aztəminatlı ailələrə baş çəkib, qayğı və problemləri ilə maraqlanıb, gətirdikləri bayram sovqatı ilə onları sevindiriblər. Bayram payı alan ailələr bu əziz gündə kəsilən qurbanların Allah tərəfindən qəbul olunması diləyiblər, Qurban bayramının xalqımız və millətimiz üçün xeyirli-uğurlu olmasını arzulayıblar, prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya göstərilən diqqət və qayğıya görə dərin təşəkkürlərini bildiriblər.
    Qeyd edək ki, bu gün İmişli Rayon İcra Hakimiyyəti tərəfindən Qurban bayramı ilə bağlı ümumilikdə 1000-dən artıq şəhid ailələri, qazilər və aztəminatlı ailələrə bayram sovqatı paylanılıb.
Keçidlər