Şriftin ölçüsü :

Saytın rəngi :

İmişli RİH-nin 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbriki

07 mart 2023 | 18:56

    Azərbaycan qadını öz zəkası, müdrikliyi, sədaqəti, qəhrəmanlığı, vəfası, yüksək analıq keyfiyyəti ilə hər zaman xalqımızın adını ucaldıb. Bu gün isə müstəqil Azərbaycanda qadınların cəmiyyətdəki yeri və rolu həm xalqımızın öz mental ənənələrinə bəslədiyi hörmət, həm də dövlətimizin yeritdiyi siyasət sayəsində yüksək qiymətləndirilir.
    Əziz Xanımlar!
   Sizi təbiətin oyanışını müjdələyən, ümid dolu başlanğıcların simvolu olan baharın gəlişinə təsadüf edən “8 mart - Beynəlxalq Qadınlar Günü” münasibətilə İmişli Rayon İcra Hakimiyyətinin kollektivi adından təbrik edir, hər birinizə uzun ömür, can sağlığı, rifah və səadət arzulayırıq.
    Bayramınız mübarək!!!

Keçidlər