İmişli RİH-də vətəndaşların müraciətlərinə baxılması və onların qəbulu qanunauyğun qaydada təşkil edilir
İmişli Rayon İcra Hakimiyyətində vətəndaşların müraciətlərinə baxılması və onların qəbulu “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq təşkil edilmişdir. Eyni zamanda vətəndaşların müraciətlərinə baxılması işinin daha da yaxşılaşdırılması məqsədilə müraciətlərin qeydə alınması, dövriyyəsi və icrasına nəzarətin təşkili işinin təkmilləşdirilməsi üçün yeni elektron proqram tətbiq edilmişdir. İmişli Rayon İcra Hakimiyyətində vətəndaş müraciətlərinə baxılmasına fərdi yanaşma prinsipi əsas götürülmüş, daxil olmuş müraciətlərin araşdırılmasının nəticəsi ilə bağlı vətəndaşlara vaxtında əsaslandırılmış cavablar verilmişdir. Bunun nəticəsində də vətəndaşlar mərkəzi icra hakimiyyəti orqanalarından çox İmişli Rayon İcra Hakimiyyətinə müraciətlər ünvanlamışdır.
2020-2021-ci illər ərzində İmişli Rayon İcra Hakimiyyətinə daxil olmuş müraciətlər haqqında müqayisəli məlumatlar cədvəllərdə öz əksini tapmışdır.