Şriftin ölçüsü :

Saytın rəngi :

İmişli RİH-də “Daşkəndin sevincləri” adlı IX Xalqlararası Beynəlxalq Uşaq Rəsm müsabiqəsinin qaliblərinin təqdimatı keçirilib

30 mart 2023 | 17:35
  Martın 30-da Özbəkistan respublikasının Daşkənd şəhərində 12-16 dekabr 2022-ci il tarixlərində təşkil olunan IX Xalqlararası Beynəlxalq Uşaq Rəsm müsabiqəsində qalib olmuş İmişli rayon Uşaq İncəsənət məktəbinin şagirdlərinin mükafatlarının təqdimatı keçirilib. Tədbirdə İmişli Rayon İcra Hakimiyyətinin əməkdaşları, İmişli rayon Uşaq İncəsənət məktəbinin pedaqoji kollektivi, şagirdlər, eləcə də valideynlər iştirak ediblər.
  Çıxış edənlər qazanılan nailiyyət münasibəti ilə RİH rəhbərliyi adından şagirdləri təbrik edərək onlara yeni uğurlar arzulayıblar. Qeyd edək ki, “Daşkəndin sevincləri” adlı müsabiqəyə İmişli rayon Uşaq İncəsənət məktəbinin 8 şagirdinin 10 əsəri göndərilmişdir. Nəticədə məktəbin bir şagirdi, Qaraşlı İlknur Qismət qızı xatirə medalı və sertifikatla təltif olunub. Bundan əlavə müsabiqəyə əsərləri göndərilmiş yeddi şagirdin rəsm əsərləri də sertifikata layiq görülüb.
Keçidlər