İmişli RİH başçısının müntəzəm olaraq yerlərdə əhali ilə keçirdiyi səyyar görüşlər davam etdirilir
13 iyul 2023 | 19:05
Növbəti səyyar görüş bu gün rayonun Aranlı kəndində keçirilib. Rayon İcra Hakimiyyəti başçısının vətəndaşlarla təşkil olunmuş görüşündə RİHB-nın müavinləri, şöbə müdirləri, əlaqədar xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak ediblər.
Görüş başlamamışdan öncə icra başçısı çıxış edərək son illər ölkədə həyata keçirilən genişmiqyaslı islahatlardan danışıb. Eyni zamanda ölkənin hər bir yerində olduğu kimi, İmişli rayonunda da abadlıq-quruculuq işlərinin davam etdiyini bildirib. Sonra səyyar qəbulda sakinlərin söylədikləri istək və təkliflər dinlənilib, qaldırılan məsələlər məsul şəxslərin iştirakı ilə araşdırılaraq həlli ilə bağlı görüləcək tədbirlər müəyyənləşdirilib. Görüşün sonunda icra başçısı məlumat verərək bildirib ki, vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə vətəndaşlar “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət imkanı əldə edə bilərlər.