Şriftin ölçüsü :

Saytın rəngi :

İmişli RİH başçısı Elçin Rzayev müvafiq qrafikə uyğun olaraq vətəndaşlarla növbəti səyyar qəbulunu Bəcirəvan kəndində keçirib

05 iyul 2022 | 18:48

Bəcirəvan kənd tam orta məktəb binasının akt zalında təşkil olunmuş qəbulda RİH başçısı aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti təşkilatların rəhbərləri, eləcə də kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Səyyar-görüş iştirakçıları şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etdikdən sonra icra başçısı çıxış edərək prezident cənab İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasətdən, ölkəmizin sürətli sosial-iqtisadi inkişafından, 44 günlük Vətən müharibəsində əldə olunan şanlı Qələbəmizdən sonra ölkəmizin regionda vahid lider ölkəyə çevrilməsindən, eləcə də işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı abadlıq, bərpa və yenidənqurma işlərindən, orada təşkil olunan beynəlxalq tədbirlərdən geniş söz açıb. Sonra qəbulda vətəndaşlar tərəfindən qaldırılan hər bir məsələyə dair ətraflı müzakirələr aparılıb, onların həlli tədbirləri müəyyən edilib və aidiyyəti üzrə məsul şəxslərə konkret tapşırıqlar verilib.

Keçidlər