Şriftin ölçüsü :

Saytın rəngi :

İmişli rayonunun 34 şəhidi cənab Prezidentin müvafiq Sərəncamı ilə ordenlərlə təltif olunub

27 iyun 2026 | 13:18
    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 iyun tarixli “Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının və mülki işçilərinin təltif edilməsi haqqında” Sərəncamına əsasən İmişli rayonundan olan 34 şəhidimiz Vətən uğrunda göstərdikləri qəhrəmanlıqlara görə “Azərbaycan Bayrağı” ordeni, 3-cü dərəcəli “Rəşadət” ordeni və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenləri ilə təltif olunublar.
Şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, onların ailələrinə və yaxınlarına sonsuz minnətdarlığımızı bildiririk.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Keçidlər